Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş növbəti müsabiqənin bütün mərhələlərini uğurla tamamlamış və 6 aylıq stajorluq müddəti müəyyən edilməklə işə qəbul olunmuş ədliyyə işçilərinin andiçmə mərasimi keçirilib.
Azturkxeber.az xəbər verir ki, Ədliyyə nazirinin müavini Abiddin Hüseynov yeni əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, onların ədliyyə sisteminin inkişafına layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.
Həmçinin ədliyyə nazirinin müşaviri, Müsabiqə Komissiyasının sədri Seyfəlpaşa Əliyev yeni əməkdaşların dövlətə və qanunçuluğa sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.