azturkxeber.az
http://azturkxeber.az

Bayramov şəhid atasının dəfn mərasimində iştirak edib

14-05-2026

Vətən müharibəsi iştirakçısı, şəhid Daşdəmirov Rəvan Məzahir oğlunun atası Daşdəmirov Məzahir Qüdrət oğlu dəfn olunub.
Azturkxeber.az xəbər verir ki, dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Rəsmilər mərhumun ailə üzvlərinə başsağlığı verib, onlara Allahdan səbir diləyiblər.
Xatırladaq ki, şəhid Rəvan Daşdəmirov Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Rəvan Daşdəmirov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarla III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031