azturkxeber.az
http://azturkxeber.az

Deputatlarımız Türkiyədə səfərdə olacaqlar

13-05-2026

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvü Heydər Əsədov mayın 14-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və Ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində deputatlarımız ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə 28 may – Müstəqillik Günü və 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.
Deputatlarımız mayın 21-də TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri” mövzusunda keçiriləcək 11-ci iclasında iştirak edəcək, məruzə ilə çıxış edəcəklər.
Səfər mayın 22-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031