azturkxeber.az
http://azturkxeber.az

Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

13-05-2026

Hindistan Respublikasının hüquq mühafizə orqanları tərəfindən 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş, 1993-cü il təvəllüdlü, Hindistan Respublikasının vətəndaşı Singh Prabhdeep Gurraj-ın verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, qeyd olunan şəxs ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” 04.04.2013-cü il tarixli Müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031