azturkxeber.az
http://azturkxeber.az

Birmarket Lökbatan anbarında baş verən yanğınla bağlı açıqlama yayıb

13-05-2026

Birmarket Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarında baş vermiş yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.
Birmarket-dən Azturkxeber.az-a verilən məlumatda qeyd olunub ki, hadisə kədər doğursa da, heç bir əməkdaş xəsarət almayıb. Birmarket həmçinin platformanın fəaliyyətinin artıq tam şəkildə bərpa olunduğunu açıqlayıb. Bildirilib ki, komandaların gecə boyu davam edən fasiləsiz fəaliyyəti nəticəsində müştərilər hazırda platforma üzərindən sifarişlərini normal qaydada verə bilirlər və sifarişlərin gecikmədən çatdırılması üçün bütün imkanlar səfərbər olunub.
Şirkət dəyən ziyanın qiymətləndirilməsi prosesinin davam etdiyini, anbarda məhsul saxlayan satıcılara dəymiş zərərin isə sığorta mexanizmləri çərçivəsində tam və operativ şəkildə kompensasiya ediləcəyini vurğulayıb.
Açıqlamada, həmçinin hadisə səbəbindən sifarişləri ləğv olunan müştərilər üçün xüsusi imtiyazların təqdim ediləcəyi və bununla bağlı istifadəçilərə fərdi bildirişlərin göndəriləcəyi qeyd edilib.
Sonda şirkət bu müddətdə dəstək mesajları göndərən müştərilərə və tərəfdaşlara təşəkkür edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031