azturkxeber.az
http://azturkxeber.az

Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib

13-05-2026


13 may 2026-cı il, Bakı: “2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “Banklarda stres-testlərin aparılması Qaydası” (Qayda) təsdiq edilib.
Azturkxeber.az xəbər verir ki, qayda mütərəqqi beynəlxalq təcrübə, o cümlədən Bazel Komitəsinin və Avropa Bank Nəzarəti Orqanının prinsipləri nəzərə alınmaqla hazırlanıb.
Əlavə olaraq, bu Qaydaya uyğunlaşdırma istiqamətində “Banklarda korporativ idarəetmə Standartları”nda, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda, “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda, “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nda və “Banklarda bazar risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər də təsdiq edilib.
Yeni Qaydada banklarda stres-testləşmənin əsas prinsipləri və proqramların tərkibi, modelləşdirmə üsulları və stres-test modellərinin validasiyası üzrə tələblər, həssaslıq və ssenari təhlillərinin əhatəsi, əsas risk növləri (likvidlik, kredit, bazar və əməliyyat) üzrə stres-testlərə və risklərarası qarşılıqlı təsirlərə dair tələblər, habelə stres-test nəticələrinin Mərkəzi Banka hesabatlıq məsələləri öz əksini tapıb. Qaydada həmçinin bank daxilində və nəzarət prosesi çərçivəsində stres-test modelinin keyfiyyətinin və adekvatlığının qiymətləndirilməsinin təşkili üçün istifadə edilə bilən suallar da əhatə edilib.
Nəticə etibarilə, yeni Qayda stres-testlərin keçirilməsi və nəticələrin qiymətləndirilməsi üzrə vahid və sistematik tənzimləmə çərçivəsi yaratmaqla, bankların fərdi dayanıqlılığının və bütövlükdə sektorun riskə davamlılığının kompleks qiymətləndirilməsini təmin edəcəkdir.
Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür:
https://e-qanun.az/framework/61803






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031