azturkxeber.az
http://azturkxeber.az

ADY-də “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş iməcilik keçirilib

13-05-2026

13 may tarixində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC tərəfindən Biləcəri sahəsində növbəti iməcilik təşkil olunub. Ümumdünya Şəhərsalma Forumu (WUF13) öncəsi keçirilən bu aksiya “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib.
Azturkxeber.az xəbər verir ki, "Gələcək təmiz gələcək” şüarı altında keçirilən iməcilik zamanı genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Müvafiq sanitar avadanlıqlarla təchiz olunan əməkdaşlar ərazini, xüsusilə də relslərin üzərini və ətrafını qatarların hərəkət təhlükəsizliyinə risk yaradan məişət tullantılarından təmizləyiblər. Toplanan tullantılar aidiyyəti üzrə təhvil verilib.
Bu təşəbbüs ADY-nin ekoloji məsuliyyətinin bir hissəsi olmaqla yanaşı, həm ətraf mühitin qorunmasına, həm infrastrukturun təhlükəsizliyinə, həm də mötəbər qlobal tədbir öncəsi şəhər ekologiyasının dəstəklənməsinə xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031