azturkxeber.az
http://azturkxeber.az

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

10-05-2026

Mayın 10-u müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasından 103 il ötür.
Azturkxeber.az xəbər verir ki, bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Həmçinin, dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli səhiyyəsinin inkişafına həmişə xüsusi diqqət və qayğı göstərib. Respublikada peşəkar tibbi kadrların hazırlanması, səhiyyə ocaqlarının bərpa olunaraq müasir avadanlıqlarla təchiz edilib istifadəyə verilməsi, yeni mərkəzlərin inşası və bu sahədə qazanlıan böyük nailiyyətlər Ulu Öndərin adı ilə bağlıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031