AMEA Rəyasət Heyətinin 17 fevral 2026-cı il tarixli qərarı ilə yaradılmış komissiya tərəfindən Akademiyanın elmi müəssisə və təşkilatlarının rəqəmsallaşma üzrə direktor müavinlərinin qiymətləndirilməsi üzrə müsahibə təşkil olunub.
Bu barədə Azturkxeber.az-a AMEA-dan məlumat verilib. Qiymətləndirmə üzrə müsahibə prosesində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Akademiyada elmi fəaliyyətin yeni qiymətləndirmə modeli tətbiq olunur və rəqəmsallaşma istiqamətində mühüm addımlar atılır. Akademik İsa Həbibbəyli qeyd edib ki, müasir dövrdə rəqəmsal cəmiyyətin sürətli inkişafı, Dördüncü Sənaye İnqilabının çağırışları, süni intellekt və yeni texnologiyalar elmi mühitdə yeni yanaşmalar tələb edir. Onun sözlərinə görə, Akademiyada aparılan struktur dəyişiklikləri də məhz dövrün çağırışlarından irəli gəlir.
Daha sonra komissiya tərəfindən Akademiyanın elmi müəssisə və təşkilatlarının rəqəmsallaşma üzrə direktor müavinlərinin qiymətləndirilməsi üçün müsahibə keçirilib. Müəyyən edilmiş sualları cavablandıran namizədlərin yekun nəticələri elan olunub.
Tədbirdə akademiklər Rasim Əliquliyev, Əli Abbasov və Şahin Mustafayev, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov çıxış edərək rəqəmsal transformasiya prosesinin elmi müəssisələrdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar və namizədlərin cavablarını qənaətbəxş hesab etdiklərini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.