azturkxeber.az
http://azturkxeber.az

DOST Agentliyi və ilk DOST Mərkəzinin açılışından 7 il ötür

09-05-2026

DOST xidmətlərindən ötən dövrdə 4,4 milyondan çox vətəndaş faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,8 faizdir.
Azturkxeber.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə,
bu gün vətəndaş məmnunluğuna təminat yaradan DOST xidmətlərinə başlanmasından 7 il ötür. 2019-cu il mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və 1 saylı Bakı DOST Mərkəzinin açılışı olub.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST modeli son illər ölkəmizdə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir və dövlət sosial xidmətlərinin- 14 istiqamət üzrə 162 sosial xidmətin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir.
İndiyədək 7 DOST Mərkəzi, 2 DOST filialı, 3 DOST məntəqəsi istifadəyə verilib. Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır. 2030-cu ilədək bütün ölkənin DOST şəbəkəsi ilə əhatə edilməsi nəzərdə tutulub.
DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. Agentlik ötən dövrdə 60-dan çox beynəlxalq mükafat, o cümlədən 10-dan çox “Avropa üçün yaxşı təcrübə mükafatı”na layiq görülüb.
Könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan “Könüllü DOST” proqramında isə ötən dövrdə 8 minədək könüllü iştirak edib. Onlar dövlət sosial xidmətlərinin vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə töhfələrini verməklə yanaşı, vətəndaşlara xidmət sahəsində təcrübə, bacarıq, işgüzar vərdişlər də əldə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031