Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb



Aprelin 28-də doğma yurduna yola salınan köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.
Azturkxeber.az-a verilən mılumata görə, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 63 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: