Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar və Hadrut qəsəbələrinə çatıb



Dekabrın 17-də doğma yurduna yola salınan köç karvanı Qırmızı Bazar və Hadrut qəsəbələrinə çatıb. Bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 90 nəfərdən ibarət 18 ailəyə, Hadrut qəsəbəsinə isə 26 nəfərdən ibarət 6 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: