Köç karvanı Ağdam şəhərinə çatıb





Aprelin 21-də doğma yurduna yola salınan köç karvanı Ağdam şəhərinə çatıb. Bu mərhələdə Ağdam şəhərinə 332 nəfərdən ibarət 92 ailəyə mənzillərin açarları təqdim edilib.
Azturkxeber.az xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: