azturkxeber.az
http://azturkxeber.az

Rəsmi Kiyev sülh danışıqlarında fasiləni şərh edib

04-04-2026

Rəsmi Kiyev sülh danışıqlarında fasiləni şərh edib

Yaxın Şərqdəki müharibə səbəbindən sülh danışıqlarının siyasi-hərbi hissəsi dayandırılıb, humanitar istiqamət isə davam edir.

Azturkxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti aparatının müşaviri Mixaylo Podolyak telekanala müsahibəsində bildirib.

“Danışıqların siyasi-hərbi hissəsi dayandırılıb, humanitar hissə isə davam edir. Prezident Volodimir Zelenski və Prezident aparatının rəhbəri Kirill Budanov əsir mübadiləsinin davam etdirilməsinin mümkünlüyünü elan ediblər və müvafiq olaraq, işin bu hissəsi davam edir”, - deyə Podolyak qeyd edib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişə davam etdiyi müddətcə Ukraynadakı müharibə ilə bağlı danışıqlar dayandırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930