azturkxeber.az
http://azturkxeber.az

Oğuzda yol kənarları məişət tullantılarından təmizlənir

04-04-2026

Oğuz rayonu ərazisindən keçən magistral və avtomobil yollarının kənarlarında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı təmizlik aksiyaları davam etdirilir.

Rayon icra hakimiyyətindən Azturkxeber.az verilən məlumata görə, aksiyalar zamanı yol kənarları məişət tullantılarından təmizlənir, ərazilər abadlaşdırılır, yaşıllıq zolaqlarına qulluq göstərilir və ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin əsas məqsədi rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, magistral yollar boyunca estetik görünüşün təmin edilməsi və vətəndaşlarda təmizlik mədəniyyətinin təşviq olunmasıdır.

Aksiyaların mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930