azturkxeber.az
http://azturkxeber.az

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

04-04-2026

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu il daha 85 nəfər müharibə veteranına biznes planlarına uyğun aktivlər verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı üzrə kiçik ailə bizneslərini qurublar.

Proqrama cəlb edilənlər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur. Təlimləri bitirdikdən sonra seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930