azturkxeber.az
http://azturkxeber.az

BDU-nun tələbələri RSXM-də olublar

12-03-2026

27 mart – “Elm günü” münasibəti ilə BDU-nun Geologiya fakültəsinin üçüncü kurs tələbələri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq mərkəzində olublar.

Azturkxeber.az xəbər verir ki, BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının müəllimi Səriyyə Mirzəyevanın rəhbərliyi ilə mərkəzə ekskursiya edən tələbələr RSXM-nin fəaliyyət istiqaməti, mərkəzdə aparılan elmi tədqiqatlar və alınmış nəticələrlə yaxından tanış olublar.

RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, “Zəlzələlərin tədqiqatı bürosu”nun böyük elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Şirin İslamova və büronun kiçik elmi işçisi Zümrüd İsmayılova təqdimatla çıxış edərək, tələbələrə mərkəzdə aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat veriblər.

Həmçinin mərkəzdə aparılan elmi tədqiqatlarda istifadə olunan cihaz və avadanlıqların iş prinsipi də tələbələrə izah edilib.

Görüşdə tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Sonda xatirə şəkili çəkilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031