azturkxeber.az
http://azturkxeber.az

Ordubad rayonunda peşəyönümü məsləhət xidməti çərçivəsində maarifləndirmə tədbiri keçirilib

06-03-2026

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Özünüməşğulluğun təşkili və peşə hazırlığı şöbəsi” peşəyönümü məsləhət xidməti fəaliyyətini davam etdirir.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu çərçivədə Ordubad rayonunda orta məktəb şagirdlərinin ixtisas seçimi və karyera planlamasına dair növbəti maarifləndirmə tədbiri təşkil olunub.

Tədbir Ordubad şəhər 1 nömrəli və Dəstə kənd tam orta məktəblərində keçirilib. Maarifləndirmə sessiyalarında şagirdlərə gələcək peşə və ixtisas seçiminin əsas meyarları, əmək bazarının tələbləri, karyera hədəflərinin müəyyənləşdirilməsi və planlaşdırılması barədə məlumat verilib.

Ümumilikdə 320 şagird - o cümlədən 157 nəfər 5-7-ci sinif, 163 nəfər isə 8-11-ci sinif şagirdləri-peşəyönümü mövzusunda məlumatlandırılıb, onların ixtisas seçimi ilə bağlı sualları cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031