Culfa rayonunda peşəyönümü məsləhət xidməti çərçivəsində maarifləndirmə tədbiri keçirilib




Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Özünüməşğulluğun təşkili və peşə hazırlığı şöbəsi” peşəyönümü məsləhət xidməti fəaliyyətini davam etdirir. Bu çərçivədə Culfa rayonunda orta məktəb şagirdlərinin ixtisas seçimi və karyera planlamasına dair növbəti maarifləndirmə tədbiri təşkil olunub.
Tədbir Culfa şəhər 2 nömrəli və Bənəniyar kənd tam orta məktəblərində keçirilib. Maarifləndirmə sessiyalarında şagirdlərə gələcək peşə və ixtisas seçiminin əsas meyarları, əmək bazarının tələbləri, karyera hədəflərinin müəyyənləşdirilməsi və planlaşdırılması barədə məlumat verilib.
Ümumilikdə 311 şagird - o cümlədən 168 nəfər 5-7-ci sinif, 143 nəfər isə 8-11-ci sinif şagirdləri-peşəyönümü mövzusunda məlumatlandırılıb, onların ixtisas seçimi ilə bağlı sualları cavablandırılıb.
Peşəyönümü məsləhət xidmətləri gələcəkdə də digər ümumtəhsil müəssisələrində davam etdiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: