azturkxeber.az
http://azturkxeber.az

Saray qəsəbəsində 15 kiloqram narkotik vasitə aşkarlandı

03-03-2026

Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Azturkxeber.az xəbər verir ki, tədbir zamanı saxlanılan 38 yaşlı Fərid İskəndərovdan 14 kiloqram 641 qram narkotik vasitə olan marixuana, 241 qram psixotrop maddə metamfetamin, həmçinin 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.

F. İskəndərovun narkotik vasitələri paytaxt və Abşeron rayonu ərazisində müxtəlif ünvanlara yerləşdirərək satışını təşkil etmək istədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

https://www.youtube.com/watch?v=iD2srJiNZ54






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031