azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsi daha da genişləndiriləcək

03-03-2026

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində V.Mustafayev Türkiyənın milli müdafiə naziri Yaşar Gülər, həmçinin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın cari vəziyyəti və daha da inkişaf etdirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin artırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr edilib.

Əməkdaşlığın gücləndirilməsinin iki qardaş ölkənin təhlükəsizlik və müdafiə sahələrində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanaraq, müasir texnologiyaların və müdafiə sistemlərinin tətbiqi və inkişaf etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı tərəflər müdafiə sənayesi sahəsində elmi mübadilə, birgə təlimlər və strateji layihələr üzrə işbirliyinin dərinləşdirilməsi haqda danışıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031