azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan karate ictimaiyyətinə ağır itki

27-01-2026

Azturkxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Karate Federasiyası dərin hüznlə bildirir ki, ölkəmizdə karate idman növünün inkişafında müstəsna xidmətləri olmuş, karate üzrə 7-ci dan qara kəmər sahibi, əməkdar idman ustası, əməkdar məşqçi və nümunəvi ictimai xadim Mirəli Seyidov vəfat etmişdir.

Mirəli Seyidov Azərbaycan karate məktəbinin formalaşmasında, gənc idmançıların yetişdirilməsində və idman etikası prinsiplərinin təbliğində əvəzsiz rol oynamışdır. Onun uzun illər ərzində göstərdiyi fədakar fəaliyyəti, peşəkarlığı və yüksək insani keyfiyyətləri Azərbaycan idman ictimaiyyəti tərəfindən daim böyük hörmət və ehtiramla qarşılanmışdır.

Azərbaycan Karate Federasiyası mərhumun ailəsinə, yaxınlarına və bütün karate camiəsinə dərin hüznlə başsağlığı verir, onlara səbr və dözüm diləyir.

Allah rəhmət eləsin. Ruhu şad olsun.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031