azturkxeber.az
http://azturkxeber.az

RFO-nun informatika fənni üzrə rayon mərhələsinin nəticələri elan edilib

21-01-2026

RFO-nun informatika fənni üzrə rayon mərhələsinin nəticələri elan edilib

Respublika Fənn Olimpiadalarının (RFO) informatika fənni üzrə rayon (şəhər) mərhələsinin nəticələri elan edilib.

Təhsil İnstitutundan bildirilib ki, olimpiadanın nəticələri yaxın günlərdə portal.edu.az platformasında şagirdlərin şəxsi kabinetlərinə əlavə olunacaq.

Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində, yəni yanvarın 23-ü saat 17:00-dək, office@arti.edu.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Respublika Fənn Olimpiadaları şagirdlərdə informasiya-kommunikasiya texnologiyaları sahəsinə marağın artırılmasında, həmçinin bu istiqamət üzrə istedadlı və perspektivli şagirdlərin aşkara çıxarılmasında mühüm rol oynayır.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən avtomatik plagiat yoxlama sistemindən keçə bilməyən həllər tamamilə sıfırlanıb. Keçid balı VIII siniflər üzrə 1+, IX, X və XI siniflər üzrə isə 100+ olaraq müəyyən edilib. Beləliklə, VIII siniflərdə həll göndərərək bal toplayan şagirdlər, IX–XI siniflərdə isə ən azı bir tapşırıqdan tam bal əldə edən şagirdlər növbəti mərhələdə iştirak hüququ qazanıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031