azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət naziri Adil Kərimli Bakı şəhərində vətəndaşları qəbul edib

14-01-2026

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 14-də Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Mədəniyyət Nazirliyində keçirilən qəbulda paytaxtla yanaşı, bölgələrdən də sakinlər, o cümlədən bir qrup mədəniyyət xadimi iştirak edib.

Vətəndaşların müraciətləri, əsasən, yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə nazirliyin struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə şəhid ailələri və qazilər tərəfindən diqqətə çatdırılan məsələlərə xüsusi yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031