azturkxeber.az
http://azturkxeber.az

Sahibə Qafarov: 2025-ci il əlamətdar tarixi hadisələrlə zəngin olan bir dövrdür

30-12-2025

2025-ci il əlamətdar tarixi hadisələrlə zəngin olan bir dövrdür. Bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən sonuncu iclasında spiker Sahibə Qafarova sessiya və il ərzində görülmüş işlər haqqında danışarkən deyib. Onun sözlərinə görə, bu il xalqımız 44 günlük Vətən müharibəsində böyük Zəfərin 5-ci ildönümünü qürurla qeyd edib və bu məsələyə Milli Məclis də xüsusi diqqət yetirib. Oktyabrın 31-də keçirilən plenar iclasda deputatlar Azərbaycanın həyatının taleyüklü hadisəsi barədə fikirlərini bölüşüb, Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı qəbul edilib.

Spiker həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev avqust ayının 7-də və 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın dəvəti ilə bu ölkəyə tarixi səfər edib. Səfər çərçivəsində əldə edilmiş Vaşinqton razılaşmaları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliyə aparılması və regional sabitliyin möhkəmləndirilməsi üçün həlledici əhəmiyyət daşıyır.

Bu hadisə ilə əlaqədar sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyasının keçirildiyini xatırladan Sahibə Qafarova deyib ki, sessiyada aparılan müzakirələrdə Vaşinqton razılaşmaları dövlət başçısı cənab İlham Əliyevin sülh diplomatiyasının və müdrik liderliyinin təntənəsi, uzaqgörən, ardıcıl və praqmatik siyasətinin nəticəsi kimi qiymətləndirilib və iclasın yekununda Milli Məclisin xüsusi bəyanatı qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031