azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə naziri medalla təltif olunmuş və hakim təyin edilmiş əməkdaşlarla görüşüb

30-12-2025

Ədliyyə Nazirliyində keçirilən tədbir çərçivəsində nazir Fərid Əhmədov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında” 22 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən medalla təltif olunmuş əməkdaşları qəbul edib.

Tədbirdə ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Nazirliyin bir qrup əməkdaşına medalları təqdim edilib.

Nazir təltif olunan əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qanunçuluq, obyektivlik və məsuliyyət prinsiplərinə daim sadiq qalmağın vacibliyini vurğulayıb.

Eyni zamanda, ədliyyə naziri bir sıra birinci instansiya məhkəmələrinin hakimləri vəzifəsinə təyin edilmiş ədliyyə işçiləri ilə görüş keçirib.

Nazir qeyd edib ki, əməkdaşların hakim vəzifəsinə seçilməsi onların uzunmüddətli fəaliyyəti, yüksək peşəkarlığı və hüquqi sahədə qazandıqları zəngin təcrübənin nəticəsidir.

Bildirilib ki, bu cür təyinatlar ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə və məhkəmə-hüquq sisteminə ictimai etimadın möhkəmləndirilməsinə xidmət edir.

Əməkdaşlar göstərilən etimada görə təşəkkürlərini bildirərək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini qeyd ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031