azturkxeber.az
http://azturkxeber.az

DİN-in İdman Cəmiyyətinin bir qrup üzvü mükafatlandırılıb

30-12-2025

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində 2025-ci ilin idman nəticələrinə görə Avrasiya Kombat Ciu-Citsu Federasiyası tərəfindən mükafatlandırma mərasimi keçirilib.

Açılış nitqi ilə çıxış edən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov Prezident İlham Əliyevin idmana göstərdiyi diqqəti xalqına olan sevgi və gənclərin gələcəyi üçün qayğı nümunəsi kimi qeyd edib. Qurum rəsmisi, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində əldə edilən Qarabağ Zəfərinin əhəmiyyətindən danışaraq, onun müasir dövlətçilik tarixində müstəsna təsirini vurğulayıb. O, qələbənin ölkədə gənclərin vətənpərvər ruhda böyüməsində dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin sayəsində əldə edildiyini diqqətə çatdırıb. Daha sonra tədbir iştirakçılarının bir qrupuna federasiyanın fəxri plaketləri təqdim edilib.

Mükafat alanlar sırasında Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri Mövlud Mirəliyev, qurumun təlim-idman şöbəsinin rəisi Eduard Məmmədov, Gənclər və İdman Nazirliyinin vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov, nazirliyin baş məsləhətçisi Coşqun Hidayətov, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsi İlahə Vəliyeva, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin məşqçi-müəllimi Eldar Məmmədov, Gəncə Şəhər Baş Polis İdarəsinin təlimçi-metodisti Ramin Yusifov və “Biləcəri” idman klubunun məşqçisi Rəis Orucov olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031