azturkxeber.az
http://azturkxeber.az

DİN bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib

30-12-2025

DİN bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət edib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, müraciətdə deyilir:

Əziz hərəkət iştirakçıları!

Bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur. Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının artmasına səbəb olur. Arzuolunmaz hadisələrin qarşısını almaq və risklərdən sığortalanmaq üçün tətil günlərində daha diqqətli və məsuliyyətli olmaq, sadə qaydalara riayət etmək vacibdir.

- avtomobilin texniki sazlığını yoxlayın;

- günün erkən saatlarında yola çıxın;

- sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməyin;⁠

- təhlükəsizlik kəmərindən istifadə edin;

- sürət həddini yol və hava şəraitinə uyğun seçin;

- ötmə və manevr qaydalarına uyğun davranın;

- diqqət yayındıran bütün hallardan çəkinin.⁠

Yeni ildə də yol hərəkəti qaydalarına riayət etməyiniz diləyi ilə bayramınız mübarək!”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031