azturkxeber.az
http://azturkxeber.az

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına təbrik ünvanlayıb

30-12-2025

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına təbrik ünvanlayıb

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına təbrik və tövsiyələr ünvanlayıb.

Bu barədə idarənin mətbuat xidmətindən məlumat veriblər.

Təbrikdə deyilir: “Hörmətli yol hərəkəti iştirakçıları! Baş Dövlət Yol Polisi İdarəsi sizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir.

Bayram günlərində yollarda hərəkət intensivliyinin artdığını nəzərə alaraq hər kəsi daha diqqətli və məsuliyyətli olmağa çağırırıq. Sürət həddinə əməl edin, sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durun, piyadalara üstünlük verin, yol hərəkəti qaydalarına ciddi riayət edin”.

İdarənin təbrik müraciəti bu sözlərlə bitir: “Unutmayaq ki, bayram sevinci yalnız təhlükəsiz şəkildə mənzil başına çatdıqda tamamlanır. Bayramınız mübarək, yollarınız açıq və təhlükəsiz olsun!”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031