azturkxeber.az
http://azturkxeber.az

Almaniyada əmanət kassasının soyulması müştərilərdə böyük narahatlıq yaradıb

30-12-2025

Almaniyada əmanət kassasının soyulması müştərilərdə böyük narahatlıq yaradıb

Almaniyanın Şimali Reyn-Festfaliya əyalətinin Qelzenkirxen şəhərində əmanət kassası soyğuna məruz qalıb.

Soyğunçular binanın divarından böyük dəlik açaraq, birbaşa kassaların yerləşdiyi otağa daxil olub, seyflərdəki pul, qızıl və digər qiymətli əşyaları oğurlayıblar.

Hadisədən sonra dərin narahatlıq keçirən müştərilər kassanın binası önündə toplaşaraq vəziyyətlə bağlı məlumat almağa çalışıblar. Bəzi müştərilərlə polis əməkdaşları arasında gərginlik yaşanıb.

Əmanət kassasının rəhbərliyi vəziyyətin araşdırıldığını və müştərilərlə əlaqə saxlanılacağını bildirib.

Soyğuna məruz qalan otaqda 3300 seyfin olduğu və onların ümumilikdə 2700 müştəriyə icarəyə verildiyi bildirilir. Hər bir seyf 10 min 300 avroya qədər sığortalanıb.

Polisin məlumatına əsasən, peşəkarlıqla hərəkət edən oğrular əvvəlcə avtomobil dayanacağına daxil olub, bir neçə qapıdan keçərək arxiv otağına çatıb və oradan divarı qazaraq kassaların yerləşdiyi otağa daxil olublar. Bu zaman xüsusi qazma alətindən istifadə edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031