azturkxeber.az
http://azturkxeber.az

Xaçmazlı gənc ana üçəm dünyaya gətirib

29-12-2025

20 yaşlı Xaçmaz rayon sakini erkən doğum təhlükəsi ilə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində Quba Regional Perinatal Mərkəzə müraciət edib.

Xəstəxanadan bildirilib ki, ilkin olaraq 31-32 həftəlik hamiləlik, aktiv doğuş fəaliyyəti, dölün biri köndələn vəziyyətdə, digərləri isə sağrı gəlişində olduğu aşkarlanıb.

Təcili tibbi göstərişlə hamilə qeysəriyyə kəsiyi əməliyyatına götürülüb.

Əməliyyatla qadının çəkiləri 1400, 1600, və 1800 qram olan üçəm övladları (hər üçü kişi cinsli) dünyaya gəlib. Körpələrdən birinin vəziyyəti çox ağır olduğundan süni ventilyasiya aparatına qoşulub. Üçəmlərin hər birinə dövlət təminatlı “Curosurf 120 mq.” preparatı yeridilib və tənəffüs dəstəyi ilə təmin olunub.

Göstərilən yüksək ixtisaslı yardım nəticəsində körpələrin vəziyyəti stabilləşib. Ana və körpələri sağlam şəkildə evə buraxılıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031