azturkxeber.az
http://azturkxeber.az

Taksi fəaliyyəti ilə bağlı kvota üçün müraciətlərə növbəlilik prinsipi ilə baxılacaq

29-12-2025

Taksi fəaliyyəti ilə bağlı kvota üçün müraciətlərə növbəlilik prinsipi ilə baxılacaq

2026-cı ilin yanvar ayından etibarən taksi minik avtomobilləri ilə sərnişindaşımaları üçün verilən icazələrin qeydiyyatı və baxılması növbəlilik gözlənilməklə və şəffaflıq təmin edilməklə həyata keçiriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, kvota ilə bağlı müraciət ərizələrinin qəbulu vaxtı isə 30 dekabr saat 23:59-da bitir.

“Növbəlilik sırası gücləndirilmiş imza (elektron imza) ilə göndərilən elektron ərizənin tarix və vaxtına görə müəyyən edilir. Növbədə olan nəqliyyat vasitələrinin sayı haqqında məlumatı AYNA-nın saytından əldə etmək mümkün olacaq. Saytda, həmçinin buraxılış kartı qüvvədə olan nəqliyyat vasitələrinin sayı və kvotada yaranan boş yer barədə məlumatlar yer alacaq. Kvotada boşalan yer sayı növbədə duran şəxsin nəqliyyat vasitələrinin sayından az olduqda növbə çatdıqda kvotadakı boş yer sayı qədər nəqliyyat vasitəsinə buraxılış kartı veriləcək, yerdə qalan nəqliyyat vasitələrinin növbədə qalması davam edəcək. Növbədəki müraciətlərə ardıcıllıqla baxılacaq. Bir növbəyə baxılma bitmədikdə növbəti növbədəki müraciət ilə bağlı sistem üzərindən qərar qəbul edilməsi mümkün olmayacaq”, - deyə AYNA-nın məlumatında bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031