azturkxeber.az
http://azturkxeber.az

Sabunçu rayonunda 803 qutu pirotexniki vasitə aşkarlandı

29-12-2025

Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ramana qəsəbəsi Şuşa şəhərciyində pirotexniki vasitələrin gizli şəkildə satıldığı anbar aşkarlanıb. Tədbir zamanı pirotexniki və tezalışan maddələrin satışını təşkil edən 38 yaşlı N.Şükürov saxlanılıb. Ondan 803 qutu səs və 6372 ədəd işıq effekti yaradan pirotexniki vasitə aşkar edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, ötən həftə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı həyata keçirilən tədbirlər zamanı 25 fakt aşkarlanıb. Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031