azturkxeber.az
http://azturkxeber.az

FHN-in taekvondo komandasının üzvləri yüksək nəticələr əldə edib

29-12-2025

FHN-in taekvondo komandasının üzvləri yüksək nəticələr əldə edib

FHN-in İdman-sağlamlıq klubunun idman arenasında Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılğı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı keçirilib.

FHN-dən verilən xəbərə görə, yarışlarda ölkənin müxtəlif şəhər və rayonlarından 72 klub və idman cəmiyyətlərindən 440-a yaxın idmançı əzmkar mübarizə aparaq öz qüvvələrini sınayıblar.

Çempionatda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun taekvondo üzrə gənclər və böyüklərdən ibarət komandasının üzvləri – İdman-sağlamlıq klubunun əməkdaşı gizir Xəyalə Ağayevanın rəhbərliyi altında yüksək nəticələr əld ediblər. Belə ki, gənclər arasında keçirilən birincilikdə 49kq çəki dərəcəsində Nilüfər Borji bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandanın digər üzvü 52kq çəki dərəcəsində Gülnar Hacızadə isə gümüş medalın sahibi olub. Bundan əlavə, böyüklər arasında keçirilən çempionatda 49kq çəki dərəcəsində Səmərrux Osmanova və 67kq çəki dərəcəsində Nərmin Ənsari qızıl, 46kq çəki dərəcəsində Aişə Səfərli, 53kq çəki dərəcəsində Leyla Əhmədova və 57kq çəki dərəcəsində Meylin Məmmədzadə bürünc medal qazanıblar.

Beləliklə, FHN-in İdman-sağlamlıq klubunun taekvondo üzrə komandası medal sayına görə komanda hesabında 3-cü yerə layiq görülüb.

Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medallarla təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031