azturkxeber.az
http://azturkxeber.az

Çində Azərbaycanın turizm imkanları təbliğ edilib

29-12-2025

Azərbaycan Turizm Bürosu dekabr ayı ərzində "China Travel Group" (CTG) ilə birgə Çin Xalq Respublikasının Jinan, Şijiazhuanq və Taiyuan şəhərlərində silsilə seminarlar təşkil edib.

Seminarlarda Çinin turizm sənayesini təmsil edən 300-dən çox nümayəndə iştirak edib.

Tədbirlər çərçivəsində Çin və Azərbaycan arasında turizm əməkdaşlığının gücləndirilməsi istiqamətində təqdimatlar nümayiş olunub. İştirakçılara Azərbaycanın Çin bazarı üçün nəzərdə tutulmuş turizm məhsulları, ölkənin mədəni və tarixi irsi, eləcə də əsas səyahət marşrutları haqqında məlumat verilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr dövründə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 60 636 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43.1% artım deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031