azturkxeber.az
http://azturkxeber.az

Bakı Mühəndislik Universitetinin yeni saytı istifadəyə verilib

29-12-2025

Bakı Mühəndislik Universitetinin yeni saytı istifadəyə verilib

Bakı Mühəndislik Universitetinin (BMU) rəqəmsal infrastrukturunun təkmilləşdirilməsi və xidmətlərin əlçatanlığının artırılması məqsədilə hazırlanan yeni rəsmi saytı istifadəyə verilib.

BMU-dan bildirilib ki, yenilənmiş platforma müasir tələblərə uyğun dizaynı, funksional strukturu və genişləndirilmiş imkanları ilə istifadəçilərə daha səmərəli informasiya mühiti təqdim edir.

Yeni sayt beynəlxalq standartlara uyğunlaşdırılaraq, universitet haqqında məlumatların daha sistemli şəkildə təqdim olunmasını, eləcə də elektron xidmətlərə çıxışın sadələşdirilməsini təmin edir. Platformada fakültələr, ixtisaslar, elmi-tədqiqat istiqamətləri, tələbə xidmətləri, beynəlxalq proqramlar və digər bölmələr üzrə məlumatlar optimallaşdırılıb.

Saytda, eyni zamanda, adaptiv interfeys, təkmilləşdirilmiş axtarış sistemi, multimedia əsaslı məlumat təqdimatı, elektron müraciət və onlayn xidmət imkanları mövcuddur.

BMU-nun yeni saytının istifadəyə verilməsi universitetin rəqəmsal inkişaf strategiyasının növbəti mərhələsi olmaqla, ali təhsil müəssisəsinin fəaliyyətində şəffaflıq, operativlik və innovativ yanaşmaların genişləndirilməsinə xidmət edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031