azturkxeber.az
http://azturkxeber.az

Biznesin müflisləşməsi” İşçi qrupunun hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə görüşü keçirilib

26-12-2025

26 dekabr 2025-ci il tarixində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun növbəti iclası keçirilib.

Görüşdə Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Mərkəzi Bankın əməkdaşları, İşçi qrupun digər üzvləri, habelə aparıcı hüquq və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İclasda müflisləşmə və sağlamlaşdırma sahəsində mövcud olan problemlər, onların aradan qaldırılması üçün “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi” çərçivəsində görülən işlər, o cümlədən yeni qanunvericilik islahatlarını tənzimləyən layihələr barədə məlumat verilib.

Eyni zamanda, sağlamlaşdırma və müflisləşmə ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər də iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Həmçinin görüşdə dəvət edilmiş hüquq və konsaltinq şirkətlərinin nümayəndələrinin bu sahədə qarşılaşdığı çətinliklər və onların həllinə yönəlmiş təklifləri öyrənilib, eləcə də məsələyə dair onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031