azturkxeber.az
http://azturkxeber.az

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

24-12-2025

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar qeyri-iş günü elan edilən 31 dekabr 2025-ci il – 4 yanvar 2026-cı il tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

ADY-dən bildirilib ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır.

Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq rayonlararası istiqamətlər üzrə əlavə reyslər təşkil ediləcək. Belə ki, ölkənin mühüm turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu həyata keçirilməsi məqsədilə 31 dekabr – 4 yanvar tarixlərində Bakı–Qəbələ–Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edilib. Bu marşrut üzrə qatar həmin tarixlərdə saat 07:30-da Bakıdan Qəbələyə, 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Bundan əlavə, 1, 2 və 4 yanvar tarixlərində Bakı–Qazax–Bakı marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Qatar Bakıdan saat 07:45-də, Qazaxdan isə 16:40-da yola düşəcək. Həmçinin Bakı–Ağstafa–Bakı istiqamətində 26, 27, 28, 29, 30, 31 dekabr, eləcə də 1, 2, 3 və 4 yanvar tarixlərində əlavə reyslər olacaq. Qatar 26–31 dekabrda saat 08:30-dan Bakıdan, 17:12-də isə Ağstafadan hərəkətə başlayacaq. 1–4 yanvar tarixlərində isə qatarların hərəkətə başlama saatı müvafiq olaraq 08:30 və 17:20 olacaq. Eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilərlər.

Bakı–Ağdam–Bakı marşrutu üzrə də əlavə reys təyin edilib. Qatar 31 dekabr və 3 yanvar tarixlərində Bakıdan saat 07:10-da, Ağdamdan isə 18:10-da yola düşəcək.

Digər turizm bölgələri olan Şəki, Qax, Zaqatala və Balakənə ADY ilə səyahətlərə artan tələbatı təmin etmək məqsədilə Bakı–Balakən–Bakı marşrutu üzrə qatarlara əlavə vaqonlar qoşulacaq. Bakıdan 30 dekabrda hərəkət edəcək sərnişin qatarının tərkibinə 5 əlavə vaqon, 1 yanvar tarixində hərəkətə başlayacaq qatara 1 əlavə vaqon, Balakəndən 2 və 3 yanvar tarixlərində Bakıya istiqamət alacaq qatarın tərkibinə isə 1 əlavə vaqon qoşulacaq. Tələbat artacağı təqdirdə digər reyslərə də əlavə vaqonların qoşulması nəzərdə tutulur.

31 dekabr – 4 yanvar tarixlərində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031