azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 19 dekabr 2025-ci il tarixli iclasında Amnistiya qərarının layihəsi barədə çıxışı

19-12-2025

Hörmətli deputatlar,

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında geniş miqyaslı amnistiya qərarının layihəsini təqdim etməsi dövlətimizin Konstitusiya ilə elan olunmuş insan hüquqlarına hörmət, humanizm və qanunun aliliyi prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir.

“Konstitusiya və Suverenlik İli” kimi əlamətdar dövrdə müzakirəyə çıxarılan bu akt dövlətimizin öz institutlarının möhkəmliyinə və hüquq sisteminin yetkinliyinə inamını əks etdirir.

Əminliklə söyləmək olar ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu yeni tarixi reallıq şəraitində belə bir qərarın qəbul edilməsi ictimai sabitliyin möhkəmlənməsinə, hüquq siyasətinin humanistləşdirilməsinə və Azərbaycan dövlətinin Konstitusiya prinsipləri əsasında inkişafına dəyərli töhfə verəcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031