Dövlət Komitəsinin əməkdaşları üçün “Qayıdış prosesində əhalinin adaptasiyası ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda təlim keçirilib

Təlim qayıdış prosesinin effektiv təşkili üçün fundamental biliklərin, beynəlxalq təcrübələrin və praktik alətlərin araşdırılması, həmçinin köçürüləcək əhalinin prosesə fəal şəkildə cəlb olunması istiqamətində aparıcı dünya təcrübələrinin yerli kontekstdə tətbiqi metodlarının öyrənilməsinə həsr olunub. İştirakçılara adaptasiya prosesinin idarəedilməsi, icma iştirakı modelləri, məlumat əsaslı yanaşmalar və sosial inteqrasiya üzrə beynəlxalq praktik nümunələr təqdim edilib. Təlim qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb, iştirakçıların sualları cavablandırılıb.
idpgovaz
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: