azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

17-12-2025

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 17-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç ilə görüşüb.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Sahibə Qafarova nümayəndəliyin rəhbərini ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Xüsusilə, 2025-ci il ərzində əlaqələrdə, qarşılıqlı səfər və görüşlərdə müşahidə olunan müsbət dinamikadan məmnunluq ifadə olunub, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərinin tərəflər arasında ikitərəfli gündəliyin müxtəlif aspektlərinin müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırıb və bunu tarixi hadisə kimi dəyərləndirib. Diplomat tərəflər arasında sülhün əldə olunması istiqamətində irəliləyişlərin həm region, həm qitə, həm də dünya üçün əhəmiyyətli hadisə olduğunu söyləyib.

Milli Məclisin sədri diplomata Azərbaycan və Ermənistan sülh prosesi, o cümlədən parlamentlər arasında etimad quruculuğu tədbirləri haqqında məlumat verib.

Spiker Sahibə Qafarova bu kontekstdə “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik”də Azərbaycan–Ermənistan sülh prosesi baxımından narahatlıq doğuran məqamlara toxunub.

Azərbaycan parlamentinin sədri Milli Məclisin Avropa İttifaqına üzv ölkələrin parlamentləri ilə sıx əməkdaşlığını qeyd edib. O, özünün bu istiqamətdə səfərlərini və görüşlərini məmnunluqla xatırlayıb.

Spiker Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrinə toxunaraq, bu gün regionda mövcud olan reallıqların, Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətlərin bu qətnamələrin nə dərəcədə qərəzli olmasını bir daha sübut etdiyini deyib.

Söhbət zamanı, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri nəzərdən keçirilib. O cümlədən, enerji sahəsində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Eyni zamanda, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların olduğu diqqətə çatdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031