azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “Xalq şairi Osman Sarıvəlli - 120” adlı sərgi açılıb

17-12-2025

Milli Kitabxanada “Xalq şairi Osman Sarıvəlli - 120” adlı sərgi açılıb


Milli Kitabxanada Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus iz qoyan Xalq şairi Osman Sarıvəllinin 120 illiyinə həsr olunmuş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərigdə şairin seçilmiş əsərləri, şeirləri, poemaları, tərcümələri, “Ön söz” yazdığı, tərtibçi və redaktor olduğu kitablar yer alıb.

Həmçinin onun sözlərinə bəstələnmiş musiqi notları, həyatı, yaradıcılığı və aşıq sənətinin tədqiqi, poetikası, poeziyası haqqında xatirələr, müxtəlif illərdə çap olunmuş məqalələr topluları nümayiş olunub.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Osman Sarıvəlli ömrünün böyük bir hissəsini poeziyaya həsr edib. Onun “Bənövşə” (1940), “Şairin hədiyyəsi” (1943), “Gətir, oğlum, gətir” (1943), “Gənclik eşqi” (1946), “Bahar çiçəkləri” (1949), “Yeni dünyanın qapısı” (1950), “İqlimdən-iqlimə” (1963), “Sabahı yaradanlar” (1970), “Hər kim yüz il yaşamasa” (1976) və s. kimi kitabları Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Şairin yaradıcılığı yüksək qiymətləndirilib və müxtəlif ali orden və mükafatlara layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031