azturkxeber.az
http://azturkxeber.az

Qaradağda sərnişin daşıma fəaliyyəti adı altında narkokuryerlik edən şəxslərdən 10 kq marixuana və tiryək aşkarlandı

15-12-2025

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən sonuncu əməliyyat zamanı 49 yaşlı Salman Məmmədov və 42 yaşlı Tural Rəhmanov saxlanılıblar.

Onların üzərindən və T.Rəhmanova məxsus mikroavtobusdan 8 kq 380 qr marixuana, 2 kq 560 qr tiryək və 200 ədəd psixotrop tərkibli güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Araşdırma zamanı onların şəhərlərarası sərnişin daşıma fəaliyyəti adı altında narkokuryerlik etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031