azturkxeber.az
http://azturkxeber.az

Özünüməşğulluq proqramı çərçivəsində istehsal və xidmət istiqamətləri üzrə 28 zərf təqdim edilir

11-12-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə istehsal və xidmət sahələrində kiçik biznes fəaliyyətinə başlamaq üçün 28 istiqamət üzrə zərflər təqdim edilir.

Bu zərflər vətəndaşların müxtəlif sahələrdə peşəkar fəaliyyət göstərmələrinə, peşə bacarıqlarını gəlirli biznesə çevirmələrinə və əmək bazarında öz mövqelərini gücləndirmələrinə imkan yaradır.

Proqram çərçivəsində təqdim edilən zərflərin tərkibi və istiqamətləri əmək bazarının araşdırılması, mövcud tələbatın qiymətləndirilməsi nəticəsində müəyyən edilir və mütəmadi təkmilləşdirilir.

Öz biznes ideyasını reallaşdırmaq istəyən şəxslər özünüməşğulluq proqramına müraciət edərək təqdim olunan imkanlardan faydalana bilərlər. Təkcə cari ilin 11 ayı ərzində 4329 şəxs istehsal və xidmət istiqamətləri üzrə müvafiq aktivlərlə təmin ediliblər.

Biznes istiqamətləri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.

https://dma.gov.az/fealiyyet/funksional-istiqametler/ozunumesgulluq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031