azturkxeber.az
http://azturkxeber.az

Türk Dünyasının Animasiya İrsi Bakıda nümayiş olunur

06-12-2025

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” çərçivəsində keçirilən “Baku Cinema Breeze” beynəlxalq kino proqramında bu il Türk Animasiya Assosiasiyası (ATA) özəl proqramla iştirak edir. Proqramın əsas məqsədi Türk dünyasının zəngin animasiya irsini nümayiş etdirmək və regionda uşaq animasiyasının inkişafına dəstək olmaqdır.

6 və 7 dekabr tarixlərində saat 11:00-da Nizami Kino Mərkəzində baş tutacaq proqram çərçivəsində proqram çərçivəsində müxtəlif Türk ölkələrinin animasiya studiyaları tərəfindən hazırlanan sevilən uşaq filmləri təqdim olunur. “Sona”, “Tomato Doppi”, “Shanyraq”, “Kozular”, “Bıytıktar”, “Aqlli Qızalog” və “Bum Bum” kimi filmlərin nümayişi , eyni zamanda bu filmlərlə yanaşı, “Yer və Ay” animasiyası da tamaşaçılarla görüşəcək.

ATA-nın bu təşəbbüsü, yalnız əyləncə deyil ortaq mədəniyyətin təbliği, yaradıcı əməkdaşlığın genişlənməsi və gələcək nəsillərdə mədəni dəyərlərə marağın formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Festival çərçivəsində baş tutan bu proqram, animasiya vasitəsilə Türk dünyasının hekayələrini daha geniş auditoriyalara çatdırmağı və bu sahədə yaradıcı dialoqa zəmin yaratmağı hədəfləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031