azturkxeber.az
http://azturkxeber.az

Nazirlikdə TDT Baş katibi və Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşlər olub

06-12-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Türk dövlətləri arasında sosial sahədə də əməkdaşlığın gücləndirilməsi istiqamətində TDT Katibliyi tərəfindən görülən işləri yüksək qiymətləndirdiyimizi qeyd edib. Nazir Təşkilata üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Azərbaycanda keçirilən ilk iclasının əhəmiyyətini vurğulayıb. O, son illər ölkəmizdə aparılan sosial islahatların uğurlarını qeyd edərək, TDT-yə üzv və müşahidəçi ölkələrlə əməkdaşlığın genişlənməsinə, uğurlu təcrübələrin mübadiləsinə hazır olduğumuzu bildirib.

Kubanıçbek Ömüralıyev Türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün mühüm addımlar atılmasının məmnunluq doğurduğunu, bu sahədə TDT Katibliyinin bundan sonra da öz dəstəyini verəcəyini bildirib.

Nazirlikdə TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin I iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla da görüş olub. Anar Əliyev Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ölkələrimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb. Əlaqələrimizin əmək, məşğulluq və sosial müdafiə sahələrində də uğurla inkişaf etdiyi qeyd edilib.

Vedat İşıkhan iki Nazirlik arasında uğurlu əməkdaşlığın TDT çərçivəsində də daim genişlənəcəyini bildirib. O, Təşkilata üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin Bakıda “Türk dövlətlərində ortaq rifah naminə əmək sahəsində əməkdaşlıq” adı ilə keçirilən birinci iclasının əlaqələrin inkişafında xüsusi önəmini qeyd edib.

Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031