azturkxeber.az
http://azturkxeber.az

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb

05-12-2025

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb

İstanbul Respublika Baş Prokurorluğu mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində bu gün səhər saatlarında əməliyyat keçirib.

Azturkxeber.az yerli mətbuata istinadla xəbər verir ki, çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb. Hələlik həmin şəxslərin adları açıqlanmayıb.

İstintaq zamanı bəzi idman şərhçilərinin də saxlanıldığı bildirilib.

Daha əvvəl hakimlərlə yanaşı, Superliqa və I Liqadan ümumilikdə 102 futbolçu mərc oyunlarında iştiraka görə diskvalifikasiya edilib.

Cəzalandırılanlar arasında “Galatasaray” və “Trabzonspor”un futbolçuları da var. İstanbul klubundan Metehan Baltacı 9 ay, Eren Elmalı isə 45 gün futboldan uzaqlaşdırılıb. “Trabzonspor”dan isə Boran Başqan 3 ay, Salih Malkoçoğlu 45 günlük cəza alıb.

Həmçinin Azərbaycan millisinin sabiq futbolçusu, “Neftçi” və “Səbail”in formasını geyinmiş Mert Çelik də 45 günlük diskvalifikasiya edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031