azturkxeber.az
http://azturkxeber.az

Tariq Ali Bakheet: “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” Azərbaycanın mədəni həmrəyliyə sadiqliyinin bariz nümunəsidir

05-12-2025

Tariq Ali Bakheet: “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” Azərbaycanın mədəni həmrəyliyə sadiqliyinin bariz nümunəsidir

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) olaraq Azərbaycan Respublikasının həmrəyliyə, əməkdaşlığa və mədəni mübadiləyə dəstək verən fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan bütün İƏT üzv dövlətləri tərəfindən böyük rəğbətlə qarşılanan təşəbbüslərə daim fəal şəkildə qoşulur. "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025" ölkənin həmin öhdəliyinin, mədəni birliyinin və yaradıcılığın təşviqi üzrə səylərinin bariz göstəricisidir.

Bunu İslam Əməkdaşlıq Təşkilatının Humanitar, Mədəni, Sosial və Ailə İşləri Baş katibinin köməkçisi Tariq Ali Bakheet Bakıda keçiriləcək “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”ə həsr olunmuş mətbuat konfransında deyib.

O, bu festivalın mədəni əməkdaşlığı təşviq etmək, mədəni əlaqələri möhkəmləndirmək və yaradıcı təşəbbüsləri dəstəkləmək üçün mühüm platforma rolunu oynadığını deyib: "Biz müxtəlif ölkələrdən alimləri, musiqiçiləri, sənətkarları və yaradıcı sahə nümayəndələrini bir araya gətirərək onların ənənələrini, irslərini və təcrübələrini paylaşmaları üçün zəngin mühit yaradırıq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031