Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranmasının 54-cü il dönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təmsilçilərinin möhtəşəm mədəniyyət təqdimatı böyük rəğbətlə qarşılanıb.
Fhnews.az xəbər verir ki, BƏƏ-nin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatıb.
Təntənəli mərasimdə Azərbaycan heyətinin nümayişi böyük maraqla qarşılanıb və tamaşaçılar tərəfindən gurultulu alqışlarla müşayiət olunub.
Xüsusilə diqqət çəkən məqamlardan biri — BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın da tədbirdə şəxsi iştirakı idi. Onun çıxışı izləməsi, Azərbaycan mədəniyyətinə göstərdiyi hörmət və sərgilənən proqramı yüksək qiymətləndirməsi bu anı daha da əlamətdar edib. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, rəqs qrupu və orkestrin birgə çıxışı tədbirin ən yaddaqalan hissələrindən birinə çevrilib.
Bu parlaq təqdimat Azərbaycan mədəniyyətinin əzəmətini və bənzərsizliyini, milli kimliyimizi, atçılıq, musiqi və rəqs kimi irsimizi yaşadan ənənələrimizin beynəlxalq səviyyədə nə qədər dəyərli olduğunu bir daha təsdiq edib.
Əbu-Dabidəki bu möhtəşəm çıxış ölkəmizin dünyaya açılan mədəniyyət pəncərəsi olub və Qarabağ atlarının, musiqimizin və rəqs sənətimizin beynəlxalq nüfuzuna yeni bir səhifə əlavə edib.














Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”