azturkxeber.az
http://azturkxeber.az

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı keçiriləcək

05-12-2025

“Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı keçiriləcək

Dekabrın 8-də Azərbaycan Dövlət Mahnı Teatrında yazıçı Şərif Ağayarın yeni çapdan çıxmış “Mənim tanıdığım Ələsgər” kitabının təqdimatı və imza günü keçiriləcək.

Kitabda tanınmış yazıçının ustad aşıq-şair Aşıq Ələsgərlə bağlı esseləri toplanıb.

Kitabda müəllif Aşıq Ələsgərin həyat və yaradıcılığı barədə öz fikir və qənaətlərini bölüşür. Şeirlərinə fərqli bucaqdan baxmağa çalışaraq, onu daha çox şair kimi xarakterizə edir. Buna görə klassik ədəbiyyatla, xüsusən Füzuli yaradıcılığı ilə orijinal analogiyalar aparır.

Mərasim “Dədə Ələsgər Ocağı” ictimai Birliyinin hesabat konserti ilə birgə keçiriləcək.

Tədbirdə tanınmış söz və elm adamlarının çıxışı, aşıq, müğənni və musiqi qruplarının ifaları nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031